2 C
Baku
Saturday, December 14, 2024

AMB: Banklar “komfort zonadadır” və bu da ipoteka krediti standartları yumşaldır

Azərbaycanda bank sektorunda rəqabət mühiti ipoteka kreditləri üzrə standartların yumşalmasında əsas rol oynayır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin üçüncü rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Mərkəzi Bankdan bildirilir ki, yerli bankların likvidlik səviyyəsinin komfort zonada olması da cari ilin III rübündə ipoteka kreditləri üzrə standartların yumşalmasına təsir göstərir.

Lakin, AMB əlavə edir ki, “inflyasiyaya, məzənnənin sabitliyinə, əhalinin ödəmə qabiliyyətinə və təminat riskinə dair gözləntilər ipoteka kreditləri üzrə standartlara sərtləşdirici təsir göstərib”.

2022-ci ilin I və II rüblərindən fərqli olaraq bankların kapital mövqeyinin ipoteka krediti üzrə standartlara təsiri dəyişməz qalıb.

Son xəbərlər
Digər xəbərlər