22 C
Baku
Thursday, April 25, 2024

AMB: “Bu ilin I yarısında ticarət balansının müsbət saldosu 2,2 dəfə artıb”

“2018-ci ilin 7 ayında Brent markalı neftin orta qiyməti 71,7 dollar təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 37%-ə qədər artıb”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, qlobal iqtisadi aktivlik qiymət artımını dəstəkləyən başlıca amillərdəndir. E.Rüstəmov bildirib ki, 2018-ci ildə qlobal iqtisadi aktivlik 3,9% səviyyəsində proqnozlaşdırılıb ki, bu da ötən illə müqayisədə daha yüksəkdir.

“Azərbaycan ticarət tərəfdaşları qrupunda isə iqtisadi artımın orta hesabla 3,3% təşkil edəcəyi proqnozlaşdırılır. Ərzaq qiymətləri ilin əvvəlinə nisbətən 2,7% artıb. İyun ayında isə ilk dəfə olaraq dünya ərzaq qiymətlərində azalma qeydə alınıb. Qeyri-neft sahəsinin ixrac potensialının yüksəlməsi və dünya bazarında əlverişli neft qiymətləri xarici sektorunun yaxşılaşması ilə müşahidə olunur. 2018-ci ilin birinci yarısında ticarət balansının müsbət saldosu 2,2 dəfə, ixrac 64%, o cümlədən qeyri-neft ixracı 14% artıb. Ticarət balansı ilə yanaşı, xidmət ixracı və pul baratlarının daxilolmalarında pozitiv dinamika qorunmaqdadır. Xarici ticarət balansının profisiti artsa da son dövrlərdə idxalın yüksək templə artması müşahidə edilir. Bu ilin 6 ayında idxal 37,6%, qeyri-neft idxalı isə 38,5% artıb. Ümumi ticarət balansında 4 milyard dollar müsbət saldo, qeyri-neft sektoru üzrə 8,1 milyard dollarlıq mənfi saldo formalaşıb”, – deyə E.Rüstəmov vurğulayıb.

© APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər