Bu il qiymətli kağızlar portfelində gəlirlər 2.2 dəfə artaraq 442 milyon dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov dekabrın 15-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir və bu profisit bu il azalıb. Bu da pul baratları ilə bağlıdır. Keçən il pul baratları 2.8 milyard dollar, bu il 1 milyard 280 milyon manat həcmində olub. Bu il Rusiyadan 829 milyon dollar pul köçürmələri olub.