Dünyadakı iqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında baş verən proseslər ərzaq qiymətlərinə bundan sonra da təsir edəcək – qiymətləri artıracaq.
Bunu Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində Azərbaycan Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova bildirib.
“İqlim dəyişikliyi nəticəsində yaranan quraqlıqlar və digər ekoloji problemlər ölkəmiz üçün də aktualdır. Biz bu problemlər fonunda maliyyə bazarındakı aktivlərin dəyərinin dəyişməsini də müşahidə edəcəyik”, – deyə o qeyd edib.