Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq.
Banker.az insider.az-a istinadla bildirir ki, bunu bu gün keçirilən “Nağdsız İqtisadiyyat: Ənənəvi Bankçılıqdan Rəqəmsal Bankçılığa Keçid” Forumunda Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev deyib.
”Bu il ölkədə makroiqtisadi sabitlik təmin edilib. İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq”, – deyə o bildirib.