Milli Məclisin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.
İclasın gündəliyinə 20 məsələ daxildir.
Bunlar Cinayət, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrə, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə – Hüquq Şurası haqqında” və s. qanunlara dəyişiklər, o cümlədən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi haqqında” qanun layihəsidir.
XATIRLATMA
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilməsi gözlənilir:
1. 7.2.4-cü maddədə “ilin yekunları üzrə” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1 -ci maddəsinə uyğun olaraq illik” sözləri ilə əvəz edilsin.
2. XI fəslin adından “uçotu və” sözləri çıxarılsın.
3. 57-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 57. Maliyyə hesabatı
57.1. Mərkəzi Bankın maliyyə hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir.
57.2. Mərkəzi Bankın maliyyə hesabatının tərtib edilməsi ilə bağlı digər məsələlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1 -ci maddəsinə uyğun olaraq tənzimlənir.”.
4. 58.4-cü maddə ləğv edilsin.
5. 58.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“58.5. Audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirilir.”.