11 C
Baku
Monday, November 25, 2024

“AmCham-Azerbaijan”ın Direktorlar Şurasına yeni beş üzv seçilib

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) keçirilmiş illik iclası çərçivəsində palatanın Direktorlar Şurasına yeni üzvlər seçilib.

Palatadan verilən məlumata görə, tədbiri açan “AmCham-Azerbaijan”ın prezidenti İlqar Vəliyev namizədləri Direktorlar Şurasına təqdim edib.amcham_logo_140613

Daha sonra namizədlər öz platformaları ilə iclas iştirakçıları qarşısında çıxış ediblər.

Ardından səsvermə nəticəsində “AmCham-Azerbaijan”ın Direktorlar Şurasının beş yeni üzvü seçilib. Bunlar “Societe Generale” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, “Deloitte” şirkətinin Azərbaycandakı icraçı partnyoru Nuran Kərimov, “PwC” şirkətinin Azərbaycandakı icraçı partnyoru Mövlan Paşayev, ADA Universitetinin Xarici, hökumət və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və “P&G” şirkətinin baş meneceri Tayqun Günaydır.

Direktorlar Şurasının mövcud üzvləri siyahısında “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, KPMG-nin Azərbaycandakı icraçı partnyoru Vüqar Əliyev, “Pasha Bank”ın İdarə Heyətinin sədri, baş direktoru Taleh Kazımov, “Nar” şirkətinin baş direktoru Kent Makneli və “E&Y” audit şirkətinin Azərbaycandakı icraçı partnyoru İlqar Vəliyev yenidən yer alıblar.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər