23 C
Baku
Saturday, April 27, 2024

“AMEA alimlərinin maaşı digər universitetlərdən iki-üç dəfə aşağıdır”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisələrində çalışan alimlərin maaşı digər universitetlərdən iki-üç dəfə aşağıdır”.

Bunu deputat Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elmə pul ayırmaq lazımdır: “Akademiya üçün lazımi texniki avadanlıqların alınması üçün şərait yaransın. İqtisadi zonalara uyğun olaraq hər yerdə Ombudsman Aparatının şöbələri açılmalıdır. Bu zaman həmin yerlərdəki məlumatlar daha tez qəbul olunar və reaksiyası da gecikməz”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər