9 C
Baku
Thursday, December 12, 2024

Amerikalı milyarder: “ABŞ kapitalizmi gözümüzün qarşısında çökür”

“Amerika kapitalizmi gözümüzün qarşısında çökür”.

Bunu amerikalı milyarder, “Citadel” hedcinq fondunun təsisçisi Ken Qriffin ABŞ-nin iflasa uğrayan “Silicon Valley Bank”ına (SVB) tənzimləyicilər tərəfindən göstərilən dəstək tədbirlərini şərh edərkən bildirib.

Qriffin hesab edir ki, hökumətin əmanətçiləri tamamilə xilas etməsi səbəbindən maliyyə intizamı itib, hakimiyyət isə bu cür kəskin tədbirlər görməməli idi.

“Bu, mənəvi riskin böyük dərsi olardı. İnvestorlar üçün itkilər cüzi olacaqdı, bu isə risklərin idarə edilməsinin əhəmiyyətinin artmasına səbəb olardı”, – deyə milyarder fikrini bölüşüb.

Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan SVB-nin cəmi iki günə iflasa uğradığı məlum olub. Bundan sonra ekspertlər nəhəng bankın iflasının iqtisadi böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ardınca oxşar səhm portfelinə malik “Signature Bank” da bağlandı. Nyu-York ştatı tənzimləyicisi bütün bank əmanətçilərinin, SVB-də olduğu kimi, öz əmanətlərinə tam çıxış əldə edəcəyini və vergi ödəyicilərinin heç bir itkiyə məruz qalmayacağını bəyan etdi.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər