26 C
Baku
Wednesday, April 24, 2024

Amerikanın ən bahalı evi 250 milyon dollara satılır

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Angelosda dəyəri 250 milyon dollar olan 4 mərtəbəli imarət satışa çıxarılıb.

3500 kvadrat metr ərazini əhatə edən imarətdə 12 yataq otağı, 21 hamam otağı, 3 mətbəx, 4 bowling oyunu meydançası, 40 oturacaqlı kinoteatr, barı olan panorama hovuz, 2 şərab zirzəmisi və böyük şirniyyat otağı var.

İmarətin qiymətinə avtomobil kolleksiyası və 30 milyon dollar dəyəri olan motosiklet də daxildir. Bunlar sırasında sifariş əsasında hazırlanmış Rolls-Royce, Bugatti və Allard retromobili var.

Bundan daha əvvəl, ABŞ-da ən bahalı yaşayış məkanı statusuna 100 milyon dollar qiyməti olan daşınmaz əmlak nümunəsi malik idi. Bu nümunə isə Playboy sahibinin imarəti idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər