16 C
Baku
Saturday, April 20, 2024

Amerika brendi olan 33 mərtəbəli “Yelken Tower” açılır – Foto

Amerikanın otel brendi Azərbaycanda açılır.

Banker.az xəbər verir ki, Ritz-Carlton Baku açılışa hazırlaşır.

Trump Tower Baku və ya indiki adı ilə Yelkən Hotel – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur.

Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir. “Trump Tower Baku”ya ən yaxın metro stansiya – 840 metr aralıqda yerləşən Şah İsmayıl Xətai metrostansiyasıdır.

Bina, 33 yerüstü mərtəbədən ibarətdir, 130 metr hündürlüyə malikdir. Binanı stilistik baxımdan futuristik memarlıq üslubuna aid edirlər. İşıqlandırma üçün binanın tilləri və qövsşəkilli kənarları boyunca yerləşdirilmiş LED-ekranlardan istifadə olunur.

Qeyd edək ki, The Ritz-Carlton Hotel Company, LLC, –  The Ritz-Carlton kimi tanınan lüks otellər şəbəkəsini idarə edən Amerikanın çoxmillətli şirkətidir.  Mövcud şirkət 1983-cü ildə, əvvəlki sahiblər Ritz-Carlton brendini və Massaçusets ştatının Boston şəhərindəki Ritz-Carlton otelini satdıqda yaradılmışdır. Brend sonradan başqa yerlərdə genişləndi. Şirkət Marriott International-ın törəmə şirkətidir.

ritz carlton

Son xəbərlər
Digər xəbərlər