“Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) dövlətin manatla olan maliyyə resurslarına çıxışı olmalıdır.”
Bu açıqlama ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) sədr müavini, “İnkişaf üçün maliyyə” MMC BOKT-un direktoru Cəlal Əliyev çıxış edib.
“Doğrudur, bu gün manatın məzənnəsinin sabitliyini təmin etmək, qiymət artımını cilovlamaq üçün sterilizasiya tədbirləri həyata keçirilir, manat kütləsi sıxılır, amma BOKT-ların indiki durumunda müvəqqəti də olsa onlara dövlətin – Azərbaycan Mərkəzi Bankının resurslarından istifadə etmək imkanı yaradılsa, pis olmaz. Onlar üçün elə də böyük vəsait lazım deyil”, – C.Əliyev deyib.