2 C
Baku
Saturday, December 14, 2024

Analitiklər: Yaxın aylarda dünya valyutaları dəyişkən olacaq

“Reuters” analitiklərinin verdiyi məlumata görə, koronavirusun yeni növü ilə bağlı qeyri-müəyyənlik səbəbindən dünya valyutaları yaxın aylarda yüksək dəyişkən qalacaq.

Banker.az xəbər verir ki, valyuta bazarları sabitləşsə də, kəskin dalğalanma riski hələ də yüksəkdir.

Belə ki, riskə həssas Avstraliya dolları cümə günü 1% ucuzlaşandan sonra 0.37% artaraq 0.7139 dollar səviyyəsində olub. Eyni zamanda dünyanın ən etibarlı valyutalarından biri kimi tanınan yapon yeni də 0.25% ucuzlaşaraq 113.75 dollara enib.

Paralel olaraq qızılın qiyməti artıb: spot-qiymət 0.2% artaraq 1794.87 dollara, fyuçerslər isə 0.5% artaraq 1794.20 dollara yüksəlib.

“Koronavirusun yeni ştamının “delta” variantından daha təhlükəli olub-olmadığına dair dəqiq məlumatın olmadığını nəzərə alsaq, qızıla diqqət yetirməliyik”, – deyə “Metals Focus”un məsləhətçisi Harşal Barot söyləyir. O həm də qızılın qiymətinin 1780 və 1830 dollar arasında dəyişə biləcəyini vurğulayır.

ABŞ dolları da artan qeyri-müəyyənlikdən faydalana bilər, lakin onun artması FED və digər tənzimləyicilər tərəfindən faiz dərəcələrinin artırılması ilə bağlı qeyri-müəyyənliyi təşviq edəcək.

Bazar ertəsi ABŞ dollarının altı xarici valyutadan ibarət səbətə nisbəti 95.973 səviyyəsində endikdən sonra 96.204 bənd səviyyəsində ticarət edilib.

Son xəbərlər
Digər xəbərlər