17 C
Baku
Wednesday, May 1, 2024

Ankaradan Azərbaycana məhsul ixracı 18 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 105 milyon 107 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Türkiyənin İxracatçılar Məclisinin məlumatına əsasən, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18.2 % artım deməkdir.

Həmçinin cari ilin mayında Ankaradan Azərbaycana 16 milyon 399 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 23.6 % çoxdur.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər