10 C
Baku
Friday, December 13, 2024

Antiinhisar Xidməti rəqabət sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti arasında rəqabət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar. Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Dövlət Xidmətinin nümayəndələri həmçinin, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 53-cü iclasında da iştirak ediblər.

Son xəbərlər
Digər xəbərlər