16 C
Baku
Thursday, May 2, 2024

Antiterror tədbirləri zamanı minaatan mərmisi ilə dolu 6 hərbi avtomobil və 4 minaatan qənimət olaraq ələ keçirilib

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu daha 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov bildirib.

“Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir”, – deyə Anar Eyvazov vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər