2 C
Baku
Saturday, December 14, 2024

“Apple” 1000 dollarlıq smartfon buraxacaq

ABŞ-ın “Apple” şirkəti qiyməti 1000 dollar olacaq yeni yüksək keyfiyyətli smartfon istehsal etməyə hazırlaşır.

“vistanews.ru” saytına istinadən xəbərə görə, şirkət rəhbərliyinin ətrafına yaxın mənbələrin sözlərinə görə, “Apple” artıq cari ildə 3 yeni smartfon təqdim etməyi planlaşdırır.

Onlardan biri iki növdə olan “iPhone 7S” əlavə modelidir. Bu modellər 4,7 və 5,5 düym olan əməliyyat sistemli smartfon olacaq. Digəri isə özündən əvvəlki modellərdən çərçivəsiz displeyi ilə seçilən yeni “iPhone 8” modeli olacaq. Proqnozlara görə, yeni telefonların hər üç modeli kənardan kənara qədər OLED displeyli olacaq.

Qeyd etmək lazımdır ki, yeni bazarda bu telefonların qiymətləri olduqca yüksək olacaq. Xüsusiyyətlərinə görə qeyd etmək olar ki, smartfonun yan düymələri sensor olacaq, “çərçivəsiz” ekran isə sensorlu ”Home” düyməsinə malik olacaq.

Məlumat var ki, “Apple”in tərəfdaşı dünyanın lazer avadanlıqları istehsalında aparıcı olan “Lumentum” şirkəti olacaq. “Apple” özünün əsas cihazlarında yüksək pikselləri olan 3D formatlı kameralardan istifadə etməyi planlaşdırır.

OLED texnologiyasından istifadə olunmaqla bu il buraxılacaq yeniliklərin istifadəyə verilməsi şirkətin yubileyi ilə bağlıdır.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər