Apple kapitalizasiyası 700 milyard dolları keçən ilk Amerika şirkəti oldu və bununla dünyanın ən bahalı şirkəti adını qazandı. Nasdaq birjasının məlumatları isə bu faktı təsdiqləmişdir.
10 fevral tarixində birjada ticarətin başa çatması anında Apple səhminin dəyəri 122,02 dollar idi. Bu şirkətin bazar dəyərini 710,7 milyard dollar olaraq qiymətləndirmək imkanı verir. Bu günə qədər heç bir ABŞ şirkəti kapitalizasiya dəyərini 700 milyard dollardan çox edə bilməmişdi.
Apple biznesinin cari qiymətləndirilməsi ilə Google şirkətini 2, McDonald’s-ı 8, Twitter-I isə 24 dəfə geridə qoyur. Apple şirkətinə nisbətən yaxın olan şirkət isə 384 milyard dollar dəyəri olan Exxon Mobil neft şirkətidir.