İlin yekunlarına əsasən Apple şirkəti bu günə qədər sahib olmadığı miqdarda, yəni 178 milyard dollar toplamışdır. Şirkət bu pula bazarın digər amerikalı iştirakçılarını almaq iqtidarındadır.
Apple şirkətinin birja kapitalizasiyası 660 milyard dolları keçmişdir və məlum olduğuna görə birja dəyəri nöqteyi-nəzərindən ən bahalı şirkətdir.
Onu da qeyd edək ki, hazırda Apple şirkətinin sahib olduğu bu sərbəst məbləğ S&P 500 indeksində olan demək olar ki, bütün şirkətləri kapitalizasiya həcminə görə geridə qoyur.