16 C
Baku
Thursday, May 2, 2024

“Apple” elektromobil istehsal edəcək

“Apple” kompaniyası “Sony” və “Honda” ilə birlikdə hazırladığı elektrik avtomobilini 2026-cı ildə “Afeela” markası altında bazara çıxarmaq istəyir.

“Apple” öz elektromobilində pilotsuz idarəetmə əvəzinə, sürücüyə yardım funksiyaları ilə kifayətlənmək istəyir. Strategiyadakı dəyişiklik direktorlar şurasının “Apple” rəhbəri Tim Kuk və layihə meneceri Kevin Linç ilə görüşündən sonra qərara alınıb.

Kompaniya uzun illərdir sürücü texnologiyası, həmçinin daxili və xarici dizayn üzərində işlər aparır. “Apple” artıq Avropadakı potensial tərəfdaşları ilə yeni yanaşmanı müzakirə edib.

Sürücüyə yardımı texnologiyası zolağı tanımaq, öndəki avtomobillə ara məsafəsi saxlamaq və ötmə manevrlərini həyata keçirmək kimi funksiyalara malik olacaq. “Apple” elektromobili bu xüsusiyyətinə görə, “Tesla” və digər istehsalçıların avtomobillərinə daha çox bənzəyəcək. Kompaniya sonradan elektrokarın imkanlarını təkmilləşdirməyi planlaşdırır.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər