Dünyanın ən böyük texnoloji şirkətləri koalisiya quraraq ABŞ hökumətindən çip istehsalı üçün əlavə vəsaitin ayrılmasını tələb ediblər. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, çip çatışmazlığı iqtisadiyyatın bir çox sektoruna, o cümlədən avtomobil istehsalına təsir göstərib.
Koalisiyaya “Apple”, “Microsoft”, “Google”, “Amazon”, “Intel”, “Verizon”, “AT&T”, “Cisco Systems”, “General Electric” və digər şirkətlər daxil olub. Koalisiya Konqresin hər iki palatasındakı demokratlara və respublikaçılara müraciət edib.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Co Bayden ölkədə yarımkeçirici istehsalını maliyyələşdirmək üçün 50 milyon dollar ayrılmasını istəyəndə “CHIPS for America” qanununa istinad edib. Avtomobil sənayəsinin lobbiçiləri ilk növbədə fabriklərin çiplərlə təchiz edilməsini tələb ediblər. Bununla belə, administrasiya bu cür hərəkətlərin digər sahələrə zərər verəcəyini hesab edib.
Yeni koalisiyanın üzvləri də eyni fikirdədir. Qrup hökumətin çiplərin paylanmasına müdaxilə etməli olmadığını hesab edir. Mikroçip çatışmazlığı texnoloji şirkətlərə mənfi təsir göstərsə də, avtomobil istehsalçıları bu problemdən daha çox əziyyət çəkirlər. Hələ 2021-ci ilin yanvarında dünyadakı çip çatışmazlığının avtomobil istehsalının azalmasına gətirib çıxardığı məlum olub.
Tayvanın “TSMC” şirkətinin proqnozlarına görə, mikroçip çatışmazlığı 2021-ci ilin sonunadək və ya 2022-ci ilədək deavam edə bilər. “Nvidia” şirkəti də oxşar fikirdədir.