“Hyundai Motor” şirkətinin kapitallaşması 3 milyard dollar, onun törəməsi olan “Kia”nın kapitallaşması isə 5.5 milyard dollar azalıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Bu, Cənubi Koreya avtomobil istehsalçısının “Apple” ilə elektrikli nəqliyyat vasitələri üzərində işləmək məsələsini müzakirə etmədiyini açıqladıqdan sonra baş verib.
“Biz “Apple” ilə avtonom nəqliyyat vasitələrini inkişaf etdirmək üçün danışıqlar aparmırıq”, – deyə “Hyundai”nin açıqlamasında deyilir. Cənubi Koreya istehsalçısı “müxtəlif şirkətlərdən” elektrikli nəqliyyat vasitələrinin inkişafı ilə bağlı əməkdaşlıq təkliflərini aldığını, lakin bu barədə hələ heç bir qərarın verilmədiyini qeyd edir.
Bu açıqlamadan sonra Seul Fond Birjasında “Hyundai” səhmləri 6%-dən, “Kia” səhmləri isə 15%-dən çox ucuzlaşıb.
Xatırladaq ki, “Apple” şirkətinin “Hyundai”nin əməkdaşlığı ilə avtonom elektrik avtomobil istehsal etmək niyyəti barədə 2020-ci ilin dekabr ayında məlum olmuşdur. Bir müddətdən sonra “Apple” eyni razılaşmanı “Kia” ilə bağlamaq niyyətində olduğu xəbəri ortaya çıxmışdır. Nəticədə “Hyundai” səhmləri 20%, “Kia” səhmləri isə 10% bahalmışdır.
Analitiklərin fikrincə, danışıqların pozulmasının səbəblərindən biri məlumat sızması ola bilər. Deyilənə görə, “Hyundai” texnologiya nəhənginin strateji tərəfdaşı deyil, sadəcə avadanlıq istehsalçısı olacaq.