16 C
Baku
Friday, April 26, 2024

“Apple” iOS 17-ni təqdim edib

“Apple” ötən gün, mayın 5-də keçirilən təqdimat zamanı iOS 17 əməliyyat sistemini təqdim edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Bildirilir ki, əməliyyat sisteminin beta versiyası yalnız tərtibatçılar üçün əlçatandır. Əsas yeniliklər bunlardır:

“Mesajlar” bölməsinə bildirişlər funksiyası əlavə edilib. Bu o deməkdir ki, siz dostunuza “evə çatanda xəbər et” kimi bildiriş göndərə biləcəksiniz. Sistem mesajı avtomatik olaraq göndərir.

iOS 17-də istifadəçi zəng ekranının necə görünəcəyini fərdiləşdirə biləcək. Artıq “iMessage” səsli mesajların transkripsiyası, stikerlər və geolokasiyanın göndərilməsi kimi funksiyaları dəstəkləyir.

“AirDrop” bir cihazı digərinə yaxınlaşdıranda işə düşür. Bundan əlavə, Siri-yə “zəng etmək” üçün indi sadəcə səs köməkçisinin adını demək kifayətdir.

Bundan əlavə, iOS 17-yə “Gündəlik” funksiyası əlavə edilib. Sistem foto, musiqi və şəxsi qeydlər əsasında fərdiləşdirilmiş təkliflər verəcək. Həmçinin gözləmə rejimi yenilənib. Telefon kilidli olduqda, siz onu üfüqi olaraq çevirə və şəkilləri, vaxtı, xəritəni, pleyer və digər vidjetləri ekranda göstərə biləcəksiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər