“Apple” korporasiyası iPhone smartfonlarına marağın aşağı düşməsi səbəbindən istehsalı azaldacağını açıqlayıb. Analitiklər qeyd edirlər ki, bu, koronavirus pandemiyası və inflyasiya ilə əlaqəli ola bilər.
Banker.az xəbər verir ki, eyni zamanda bir çox istifadəçi iPhone 14 modelini gözləyir və bu, iPhone 13 satışlarına təsir göstərir.
Ekspertlər vurğulayırlar ki, Amerika şirkəti əvvəllər də asiyalı tərəfdaşları üçün sifarişlərin həcmini azaldıb. Məsələn, oktyabr ayında “Apple” 2021-ci ilin sonuna kimi 80 milyon iPhone bazara çıxarmaq planlarından imtina edərək istehsalını 10 milyon ədəd azaldıb.
Noyabrın əvvəlində şirkət çip çatışmazlığına görə iPad istehsalını azaldacağını etiraf edib. Korporasiya həmçinin köhnə iPhone modellərinin buraxılışını yeni flaqmanların xeyrinə qurban verməyə qərar verib.