23 C
Baku
Thursday, April 25, 2024

Apple iPhone istifadəçilərinin yerini təyin edə biləcək, telefon sönülü olsa belə

The Independent nəşrinin verdiyi məlumata görə, Apple şirkəti tez bir zamanda iPhone istifadəçilərinin yerini təyin edə biləcək, hətta bu zaman telefon sönülü halda olsa belə. Şirkət sözügedən texnologiya üzrə patenti yanvar ayında əldə edib. Yenilik Find My iPhone funksiyasına aid ediləcək. Apple nümayəndələrinin bildirdiyinə görə, bu smartfon oğurluğu halını bir neçə dəfəyə qədər endirəcək.

Yeni funksiyanın iş prinsipi belə olacaq: istifadəçi telefonunu söndürdükdə xüsusi təhlükəsizlik kodu daxil etməlidir. Bu kod yalnış daxil edildikdə telefon xüsusi rejimə keçir və bu rejim sayəsində öz yerini bildirir, internetə qoşulur və SMS göndərir. Telefonun sahibi bu zaman kənardan telefonunda kameranı aktiv edə və smartfonunu oğurlayan şəxsin şəkilini çəkə bilər.

Bununla belə, smartfon oğru üçün adi söndürülmüş telefondan fərqlənməyəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər