22 C
Baku
Thursday, April 25, 2024

“Apple” işçilərinin ən aşağı saatlıq əməkhaqqı açıqlandı

Apreldə ABŞ-da inflyasiya 8.3%-ə çatdı, martda isə işsizlik səviyyəsi 3.6%-ə düşmüşdü. Xüsusilə işsizlik səviyyəsinin aşağı olması şirkətləri işçiləri üçün daha yaxşı şərait yaratmağa məcbur edir.

Banker.az xəbər verir ki, dünən gecə texnologiya nəhəngi Apple artan inflyasiya səbəbindən ABŞ-da həm ofis, həm də pərakəndə satış işçilərinin maaşını 10% artıracağını açıqladı. Artımla Apple mağazalarında ən aşağı saatlıq əməkhaqqı $20-dan $22-a yüksələcək.

Mövzu ilə bağlı Apple şirkəti tərəfindən verilən açıqlamada belə deyilir: “Ən yaxşı komanda üzvlərinə sahib olmaq, müştərilərimizə ən yaxşı və ən yenilikçi məhsul və xidmətləri təqdim etməyimizə imkan verir. Bu il performans qiymətləndirməmizin bir hissəsi olaraq maaş büdcəmizi artırırıq.”

Bundan əvvəl ABŞ-ın Alphabet (Google), Amazon və Microsoft kimi digər texnologiya şirkətləri də işçilərin maaşlarını artırdıqlarını açıqlamışdılar

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər