15 C
Baku
Thursday, May 9, 2024

“Apple” onlayn-tədbirlərdən tutulan komissiyanın ləğvi müddətini 2021-ci ilin iyununa qədər uzatdı

“Apple” şirkəti onlayn-tədbirlərdən tutulan 30% komissiyanın ləğvi müddətini 2021-ci ilin iyun ayına qədər uzadıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, müvafiq qərar 2020-ci ilin dekabrında qəbul edilib və koronavirus pandemiyasının yayılması ilə əlaqəli olub.

Şirkət sentyabrda da bu cür ödənişlər üzrə komissiyaları ləğv etmişdir. Bu onun 30% komissiya və xarici ödəmə xidmətlərinin qadağan edilməsi səbəbindən kiçik biznesə dəstək olmaq istəməməkdə günahlandırılan “Facebook”la bağlı olub.

Daha əvvəl bildirildiyi kimi, “Apple” kiçik biznesə dəstək çərçivəsində App Store-də komissiyanı iki qat azaldacağını açıqlamışdı – 30%-dən 15%-dək. Yeni qaydalar illik gəliri 1 milyon dollardan az olan tərtibatçılar üçün keçərli olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər