19 C
Baku
Thursday, April 25, 2024

“Apple” oyun istehsal etməsə də, “Sony” və “Nintendo”dan çox qazanır – WSJ

“The Wall Street Journal” “App Store”un oyun seqmentinin gəlirliliyini araşdırandan sonra, “Apple” korporasiyasının bu sahədə “Sony”, “Nintendo” və “Microisoft”dan daha çox gəlir əldə etdiyini müəyyən edib.

Banker.az xəbər verir ki, hesablamalara görə, 2019-cu maliyyə ilində “App Store”dan əldə edilən gəlir 15.9 milyard dollar təşkil edib. Məhkəmə sənədlərindən məlum olub ki, həmin il onlayn mağazanın əməliyyat mənfəəti 12.3 milyard dollara çatıb. Şirkətin oyunlardan əldə etdiyi gəlirin 11 milyard dollar təşkil etdiyi təxmin edilir.

“Wall Street Journal”un analitikləri hesab edirlər ki, 2019-cu ildə “Apple” oyunlardan təxminən 8.5 milyard dollar gəlir əldə edib – bu, “Sony”, “Nintendo”, “Microsoft” və “Activision” şirkətlərinin əməliyyat gəlirlərindən iki milyard çoxdur.

Məhkəmə prosesi zamanı “Epic Games” şirkəti “App Store” göstəricilərinin dəqiq olmadığını açıqlayıb. Korporasiyanın rəhbəri Tim Kukun sözlərinə görə, “Apple” heç vaxt onlayn mağazanın gəlirliliyini hesablamayıb. Bununla belə, CEO şirkətin gəlirinin böyük hissəsinin oyunlardan əldə edildiyini təsdiq edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər