-1 C
Baku
Sunday, December 15, 2024

Apple Pay-in işə düşmə vaxtı bilindi

Amerikanın Apple şirkəti Kaliforniya ştatı, Kupertinoda elan etdiyi məlumata əsasən, Apple Pay ödəniş sistemi bu gündən, yəni 20 oktyabrdan başlayaraq işə düşür. Bu yeni ödəniş sistemi NFC texnologiyasının köməyi ilə yaradılmışdır və çipləri yeni iPhone 6 və iPhone 9 Plus-da quraşdırılmışdır.

Apple rəhbəri Tim Kuk-un verdiyi məlumata əsasən, şirkət artıq 500-dən çox bank ilə razılıq imzalamışdır. Apple Pay texnologiyası smartfondan kredit kartı qismində istifadə edərək adi mağazalarda təmassız ödənişlər etmək imkanı verəcək. Ödəniş etmək üçün smartfonu PayPass terminalına yaxınlaşdırmaq və barmaq izləri ilə identifikasiyadan keçmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər