“Apple”ın tərtibatçıları şirkətin direktorlar şurasına istifadəçiyə həm virtual, həm də əlaqə reallıqda qalmağa imkan verəcək qarışıq reallıq qarniturunu təqdim ediblər. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Bloomberg”in qeyd etdiyi kimi, belə bir təqdimatın keçirilməsi cihazın tezliklə əlçatan olacağı deməkdir. Ehtimallara görə, qarnitur 3 min dollar qiymətinə olacaq. Bu, ən son “iPhone”dan iki dəfə bahadır.
“Apple” təxminən 2015-ci ildən qarnituru üzərində işləyir. Şirkət heç bir planını açıqlamasa da, müvafiq ixtisaslı 2 min yeni işçi işə götürüb.