26 C
Baku
Wednesday, April 24, 2024

Apple səhmləri 6 həftəyə Buffet-ə milyard dollar qazandırıb

Banker.az The Wall Street Journal-a istinadən xəbər verir ki, amerikalı milyarder Warren Buffetin investisiya şirkəti Berkshire Hathaway ilin əvvəlindən Apple şirkətinin qiymətli kağızlarının kotirovkalarının artması fonunda milyard dollardan çox gəlir əldə edib.

Qeyd edilir ki, Berkshire Hathaway şirkəti keçən ilin dördüncü rübündə Apple şirkətinin səhmlərinə etdiyi yatırımaları dörd dəfə artırıb.

Qiymətli kağızlar və birja üzrə komitənin (SEC) verdiyi məlumata görə, oktyabr ayında Buffetin şirkəti 15 milyon Apple səhminə sahib idi. Dekabr ayının sonuna doğru isə qiymətli kağızların sayı 57 milyona qədər yüksəldi. Qeyd edək ki, 2017-ci ilin əvvəlindən Apple səhmləri 16,6 faiz bahalaşıb.

Qeyd edək ki, hazırda Apple şirkətinin dəyəri 650 milyard dollar olaraq qiymətləndirilir. Bununla belə, Berkshire Hathaway şirkətinin öz dəyəri isə 408 milyard dollar həcmində qeyd edilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər