“Apple” səhmləri məhsul qiymətinin artımlarından sonra 6 %-dən çox ucuzlaşıb

Amerikanın “Apple” korporasiyasının səhmləri “Nasdaq” birjasında 6,12 % ucuzlaşaraq 275,15 dollarla bağlanıb.

Bunu “Nasdaq” elektron birjasının ticarət məlumatları göstərir.

Cümə axşamı şirkət “Mac” kompüterləri və “iPad” planşet xətlərində qiymətlərini artırıb. Modeldən asılı olaraq cihazların qiyməti təxminən 100-300 dollar artıb.

Daha əvvəl “Apple”ın baş direktoru Tim Kuk mikrosxemlərin qiymətinin kəskin artması səbəbindən bəzi məhsulların qiymətlərini artırmaq planlarını açıqlayıb.

“NBC News” telekanalı qeyd edib ki, kotirovkaların 6,12 % azalması “Apple” üçün bir ildən çox müddətdə ən pis nəticə olub.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər