Apple şirkəti Burberry şirkətinin keçmiş rəhbəri olan Angela Arends-ə Apple şirkətinə keçdiyi üçün 73,4 milyon dollar ödədi. O 2014-cü ilin yazından Apple şirkətində çalışır.
Şirkətin Qiymətli kağızlar komitəsi və birjaya verdiyi hesabatda deyilir ki, Angela Arendts bununla 2014-cü il üçün şirkətin ən yüksək gəlirli top-meneceri olmuşdur.
Apple nümayəndələri bildirirlər ki, Arendts Burberry şirkətində çalışarkən Böyük Britaniyanın ən yüksək gəlirli top-menecerləri sırasına daxil olub. Belə ki, o Burberry şirkətində hər il 5 milyon dollardan çox gəlir əldə edirdi və 37 milyon dollar həcmində səhmlərə sahib idi.