13 C
Baku
Tuesday, May 7, 2024

“Apple” şirkəti “Mançester Yunayted”i almaq istəyir

Amerikanın “Apple” korporasiyası Böyük Britaniyanın “Mançester Yunayted” futbol klubunu 5.8 milyard funt sterlinqə almaq niyyətindədir. Bu barədə öz mənbələrinə istinadən “The Daily Star” yazıb.

Qəzetin həmsöhbətlərinin fikrincə, “Apple” “Mançester”i dünyanın ən zəngin futbol klubu etmək niyyətindədir. Nə “Apple”, nə də klub rəhbərliyi bu məlumatı şərh etməyib.

Noyabrın 22-də bildirilib ki, “Mançester Yunayted”in sahibkarı olan Qleyzerlər ailəsi mümkün satış da daxil olmaqla, klub üçün strateji alternativləri araşdırmağa başlayıblar. “Bu proses klubun gələcəkdə böyüməsini təmin etmək məqsədini daşıyır – həm meydanda, həm də kommersiya fürsətlərindən istifadə baxımından”, – mesajda deyilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər