22 C
Baku
Friday, April 19, 2024

Apple şirkəti naqilsiz AirPower şarj stansiyasını satışa çıxartmaq ideyasından imtina etdi

Apple şirkəti naqilsiz AirPower şarj stansiyasını satışa çıxartmaq ideyasından imtina etdi.  Apple şirkəti isə istifadəçilərin bu qədər müddət ərzində sözügedən naqilsiz şarj stansiyasının satışa çıxmasını gözlədikləri üçün onlardan üzr istəyib. Qeyd etmək lazımdır ki, AirPower hələ 2017-ci ildə iPhone X smartfon modelinin təqdimatı zamanı anons edilmişdi. Lakin həmin vaxtdan bəri bu cihaz satışa çıxmadı.

    İnternetdə yayılmış bir çox məlumat sızıntılarında qeyd olunurdu ki, şirkət sözügedən cihazın hazırlanması mərhələsində bir sıra problemlər ilə qarşılaşıb. Bir neçə müddət bundan öncə isə məlumat yayılmışdı ki, şirkət artıq yaxın zamanda AirPower-i satışa çıxardacaq. Lakin nəticədə şirkət bu cihazdan imtina etməli oldu.

    “Edilmiş bütün səylərdən sonra biz belə bir qənaətə gəldik ki, AirPower bizim yüksək tələblərimizə və standartlarımıza cavab vermir. Bu səbəbdən biz bu layihədən imtina etməli olduq. Biz, AirPower-in satışa çıxmasını gözləyən bütün istifadəçilərdən üzr istəyirik. Biz əminik ki, gələcək naqilsiz texnologiyalarındır və biz bu istiqamətdə inkişafımızı davam etdirəcəyik” – deyə Apple şirkəti bildirib.

©Technote

Son xəbərlər
Digər xəbərlər