23 C
Baku
Thursday, April 25, 2024

Apple şirkəti smartfonları Hindistanda yığacaq

Tayvanın elektronika istehsalçısı olan Foxconn, Apple cihazlarını yığan ən böyük şirkətlərdən biridir. O, 2019-cu ilin əvvəlində Hindistanda ən son iPhone modellərinin istehsalına başlayacaq. Banker.az xəbər verir ki, bunu mənbələrə istinadən Reuters qeyd edir.

Foxconn-un Srimperambudur şəhərindəki zavodu, iPhone XS, XS Max və XR modellərini istehsal edəcək. Bundan başqa şirkət Xiaomi smartfonlarını yığan müəssisənin genişləndirilməsinə $356 milyon sərmayə qoymağı planlayır. 25 min yeni iş yeri yaradılacaq.

Hindistan artıq ucuz iPhone modellərini istehsal edir. 2017-ci ilin may ayından etibarən, Tayvanın Wistron korporasiyası vasitəsilə SE, 2018-ci ilin yazında isə 6s modelinin istehsalına başlayıb. Hindistanda yığılmış smartfonlar, hələ ki yalnız ölkə daxilində satılır.

Potensial olaraq ən böyük bazarlardan biri olan Hindistanda satışı qurmaq üçün Apple yerli qanunvericiliyə uyğun hərəkət etməlidir, belə ki,  tərkib hissələrinin 30% -ı yerli olmalıdır. Hindistanda olan idxal rüsumları da tədarükə öz təsirini göstərir.

Hindistanda Apple cihazlarının istehsalın həcminin artmasına təsir edən digər bir səbəb ABŞ ilə Çin arasındakı ticarət müharibəsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər