22 C
Baku
Friday, April 19, 2024

Apple şirkətinin müsahibədə verdiyi ən qəliz və yanıldıcı suallar

Apple şirkəti işləmək üçün ən maraqlı təşkilatlardan biridir və burada işə düzəlmək prosesinin heç də asan olmadığını desək, yanılmarıq. Şirkət öz namizədlərini müsahibə zamanı sual-cavab “çarmıxı”-na çəkməyi sevir və bu qəliz suallar bəzən bu namizədləri çıxılmaz vəziyyətə salır. Necə düşünürsünüz, bəs siz bu suallara cavab verə bilərdiniz?

 

Banker.az saytı Apple şirkətində müxtəlif vəzifələr üçün keçirilən müsahibələr zamanı namizədlərə verilən ən qeyri-adi sualları təqdim edir:
Satış məsləhətçisi: Nəyə görə Apple şirkəti adını Apple Computers Incorporated-dən Apple Inc.-ə dəyişdi?

Proqram təminatını test edən: Tosteri (tost hazırlamaq üçün cihaz) necə sınaqdan keçirərdiniz?

Mühəndis-mexanik: Bir stəkan suyu musiqi kalonkasının üzərinə qoyursunuz və yavaş-yavaş musiqinin səsini artırırsınız. Hansı daha tez baş verəcək: stəkan sürüşüb düşəcək, yerində atlanıb-düşəcək, yaxud su ətrafa sıçrayacaq?

Layihə üzrə texniki menecer: Son 4 il ərzində yaşadığınız ən yaxşı və ən pis gününüzü təsvir edin.

Proqram təminatı yaradıcısı: Nə vaxtsa menecerin fikri ilə razılaşmamısınızmı? Aranızda fikir ayrılığı necə yarandı? Konkret nümunə göstərin və vəziyyəti necə düzəltdiyinizdən danışın, son nəticə necə oldu və hazırda həmin şəxs haqqınızda nə düşünür?

Apple məhsullarının pərakəndə satışı üzrə mütəxəssis: Ən alçaldıcı təcrübənizdən danışın.

Satış məsləhətçisi: Müştəri 20 dəqiqədir ki, sizin köməyinizi gözləyir və bu səbəbdən də sizə əsəbləşib. O deyir ki, elə indicə Best Buy-a və yaxud Microsoft Store-a gedəcək və ona lazım olan məhsulu onlardan alacaq. Bu məsələni həll edin!

Beynəlxalq məhsul təminatı sahəsi üzrə menecer: Bu qələmin dəyərini onun ibarət olduğu tərkib hissələri arasında necə bölərdiniz?

Proqram təminatı yaradıcısı: Yalnız 2 yumurta var. Yumurtanı oradan atdıqda onun zədələnməməsi üçün lazım olan ən hündür mərtəbəni seçməlisiniz. Bunu necə edərsiniz?

Beynəlxalq məhsul təminatı sahəsi üzrə menecer: Hər gün necə uşaq doğulur?

Son xəbərlər
Digər xəbərlər