13 C
Baku
Thursday, April 18, 2024

Apple xüsusi olaraq qadınlar üçün yeni iPhone yaradacaq

Əcnəbi mətbuat xidmətlərinin verdiyi məlumata görə, Apple şirkəti yaxın vaxtlarda 4 düym ekrana sahib yeni iPhone modeli istehsal edəcək. Yenilik Apple məhsullarının qadın auditoriyası üçün nəzərdə tutulub.

Verilən məlumatlara görə, yeni İphone Apple 2015-ci ildə istehsalını dayandıracağı iPhone 5-lərə əvəz olacaq. Yeni smartfon münasib qiyməti və təbii ki, öz ölçüsü ilə fərqlənəcək.

Apple yenidən kiçik ekranlı smartfonlara qayıtmağı qərara alıb. Belə ki, son buraxılan iPhone 6 və iPhone 6 plus modellərini bir əllə idraə etmək çətindir.

Yeni yaradılacaq olan model isə xüsusi olaraq qadınlar üçün nəzərdə tutulub və təqribən 2015-ci ilin payızında buraxılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər