“Apple” yeni qadcetlərinin təqdimat tarixini açıqlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, şirkət yeni “iPhone”lar, eləcə də “iPad”, “MacBook Pro”, “Apple Watch” və “AirPods” hazırlayır.
Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.
Şirkət yeni məhsullarının təqdimatını sentyabrın 14-ü keçirməyi planlaşdırır. “Apple” təqdimatı Bakı vaxtı ilə saat 21:00-da rəsmi veb-saytında və ya “Apple TV” tətbiqində izləməyi təklif edir.
“Bloomberg”ə görə, şirkət dörd yeni “iPhone” təqdim etməyə hazırlaşır. Onların “iPhone 12” ilə eyni ölçüdə ekrana sahib olacağı gözlənilir. “Apple” onlara fövqəladə hallarda peyk rabitəsindən istifadə funksiyasını da əlavə edəcəyini söyləyir.
Bundan əlavə, “Apple” daha böyük ekrana malik olan yenilənmiş “Apple Watch”, eləcə də “MacBook Pro”, “iPad” və “AirPods” təqdim etməyi planlaşdırır. Ümumiyyətlə, növbəti həftə bütün yeni cihazlar təqdim olunmaya bilər, çünki adətən şirkət payızda bir neçə təqdimat keçirir.