“Kapital Bank” 2025-ci ilin nəticələrinə görə səhmdarlarına dividend verəcək

22 may 2026-cı il saat 11:00-da “Kapital Bank” ASC-nin Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku ToZer 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı
məsələlər daxil edilmişdir:

1. “Kapital Bank”ASC tərəfindən 2025-ci il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUSbank”) bazasında yaradılıb. “PAŞA Holdinq” MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər