ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin bazar dəyəri Böyük Britaniyanın ən böyük şirkətlərinin səhmlərinin qiymətləri əsasında formalaşan “FTSE 100” indeksinin dəyərini ötüb.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, hazırda beynəlxalq fond birjalarında “Apple”ın səhmlərinin ümumi dəyəri 2,3 trilyon ABŞ dollarına (1,7 trilyon funt sterlinq) yaxındır. “FTSE 100” indeksinin ümumi dəyəri isə 1,5 trilyon funt sterlinq səviyyəsindədir.
Xatırladaq ki, “Apple”ın səhmləri ümumi dəyəri bu ilin əvvəlindən bəri 75% artaraq ötən ay 2 trilyon ABŞ dollarına (1,5 trilyon funt sterlinq) yüksəlmişdi. Bununla da, şirkəti bazar dəyəri 2 trilyon dolları ötmüş ilk ABŞ şirkəti olmuşdu. “Apple” həmçinin 2018-ci ildə bazar dəyəri 1 trilyon dolları aşmış ilk ABŞ şirkəti kimi də tarixə düşüb.