4 C
Baku
Friday, March 29, 2024

Aprel ayında Rusiya iqtisadiyyatı 12% gerilədi

Koronavirus pandemiyası fonunda aprel ayında Rusiya iqtisadiyyatında 12 faizlik geriləmə müşahidə olunub.

Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin son hesabatında məlumat verilib.  Qeyd edilib ki, aprel ayında ən böyük eniş istehlakçı tələbinə yönəlmiş sektorlarda müşahidə edilib. Beləliklə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi illik 37,9 faiz azalıb. Bunun ilk növbədə istirahət, mədəniyyət və idman sahəsindəki məhdudiyyətlərlə, eləcə də məişət xidmətləri ilə əlaqədar olduğu bildirilib.

Pərakəndə ticarət dövriyyəsində 23,4 faiz azalma müşahidə olunub – burda isə qeyri-ərzaq məhsullarının seqmentində müşahidə olunan 36,7 faizlik azalmanın mühüm rol oynadığı bildirilib. Ayrıca olaraq, yeni avtomobillərin satışı da 72,4 faiz azalıb.
Bununla yanaşı, Nazirliyin məlumatına görə, artıq ikinci rübdə məhdudiyyətlər qaldırıldıqca ticarət dövriyyəsində azalmanın yavaşlayacağı gözlənilir.

İqtisadiyyatın digər əsas sektorlarında isə geriləmənin miqyası daha az olub. Ümumilikdə isə Rusiyada bu il iqtisadi geriləmənin 5 faiz təşkil edəcəyi proqnozlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər