14 aprel 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 81.3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Bununla da aprelin ilk 4 valyuta hərracında 300 mln. ABŞ dolları satılıb ki, öncəki ayı 52.1% üstələyir.