15 C
Baku
Tuesday, April 23, 2024

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin sədri vəzifəsini tərk edir – Foto

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Azər Kərimov vəzifəsini tərk edir.

O, gələn aydan dövlət qurumlarının birində işə başlayacaq.

Xatırladaq ki, A.Kərimov “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə ötən ilin avqust ayından – qurum yaradılandan rəhbərlik edir. O, bundan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Azər Kərimov

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər