AQTA: 1 tona yaxın istehlaka yararsız qida məhsulu məhv edilib

“Camal LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

AQTA-nın məlumatına əsasən, məhv edilmiş qida məhsullarının ümumi çəkisi 860 kq təşkil edib. Həmin məhsullar istehlaka yararsız və istifadə müddəti bitmiş olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər