10 C
Baku
Thursday, December 12, 2024

AQTA 6 restoranda nöqsanlar tapdı – Siyahı

22 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 4 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
İctimai iaşə müəssisələri
1 “Ləziz Dad” kabab evi Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9C 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Köz Dönər Tantuni” restoranı Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, S.Ə.Şirvani küçəsi, ev 9 Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3 “Çiy Köftəci Semih Usta” restoranı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 51 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “Abi Dönər” dönər evi Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5 “Zəm-Zəm” restoranı Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 “Şah” dönər evi Şamaxı rayonu, C.Cabbarlı küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Mandarin” restoranı Lənkəran rayonu, Göyşaban kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 “Fərman” kafesi Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 4, dalan 9 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “3 Qazan” restoranı Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, ev 22m Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Eden” restoranı Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 7, m.29 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Ticarət obyektləri
11 Şamaxı “Təzə Baza” mağazası Şamaxı rayonu, N.Hikmət küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
Digər xəbərlər