6 C
Baku
Saturday, December 14, 2024

Araq istehsalı sahəsində şərtlərə cavab verən istehsal müəssisələri bazarda qalacaq

Kustar üsulla araq istehsal edən kiçik müəssisələr, digər tərəfdən, real investisiya qoyan, şəffaf istehsalla məşğul olan firmalar var.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Samirə Musayeva bildirib ki, məqsəd istehsal sahələrinin bazardan çıxarılması, yaxud onların bağlanması deyil: “Şərtlərə cavab verən mövcud istehsal sahələri bazarda qalacaq. Bizim əlimizdə artıq siyahı da var. Şərtlər əvvəlcədən elan olunub, istehsalçılar istər birləşər, istər şərtlərə əməl etmək üçün addımlar atarlar. Məqsəd bazarın şəffaflaşdırılmasıdır. Yəni bu, həm insanların sağlamlığı, həm də bazarın şəffaflaşdırılması baxımından vacibdir”.

Deputat Novruz Aslanov qeyd edib ki, bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq: “Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan ta bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Kiçik istehsal sahələri sıradan çıxacaq, böyük istehsal sahələri öz sözünü deyəcək. Bu qanunu dəstəkləmək lazımdır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər