12 C
Baku
Wednesday, December 11, 2024

Araşdırma: Banan Azərbaycanda son illərin ən aşağı qiymətinə satılır

Azərbaycanda payız yaxınlaşdıqca məhsul yığımının başlaması səbəbindən ölkədə bir sıra meyvə və çərəzlərin qiymətlərində ucuzlaşma müşahidə edilib.

Avqustda iyulla müqayisədə ən çox ucuzlaşan yerli məhsul armuddur. Armudun 1 kq üçün qiyməti 2.06 manat olub. Bu da son ayda 10% ucuzlaşma deməkdir. Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.

Lakin, ucuzlaşma eləcə də əsasən Yerin cənub yarımkürəsində yetişdirilən banana da şamil edilib. Xaricdən idxal edilən bu məhsulun qiyməti 2.01 manat/kq olub ki, bu da öz növbəsində son ayda 4% qiymətin enməsidir. Bu isə indiyə qədər Azərbaycanda müşahidə edilən ən aşağı qiymətdir. 2017-2019-cu il arasında bananın qiyməti 2.30-3.00 manat/kq arasında dəyişib.

Qeyd edək ki, Banker.az-ın fevral ayı ilə bağlı apardığı araşdırmada Azərbaycana idxal olunan bananın bir kiloqramı üçün 0.71 dollar və ya 1.21 manatlıq xərc çəkildiyini yazmışdı.

do 1 3

 

Son xəbərlər
Digər xəbərlər