5 C
Baku
Saturday, December 14, 2024

ARDNF ilin ilk 3 rübündə manatın ‘qorunması’ üçün banklara $3.8 mlrd. satıb

Azərbaycanda 2022-ci ilin sentyabrı ötən ildən fərqli olaraq dollara tələbin azaldığı müşahidə edildi.

Banker.az xəbər verir ki, Azərbaycan Respublıikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankda səkkiz dəfə valyuta hərracı gerçəkləşdirilib və cəmi 426.7 milyon ABŞ dolları satılıb. Bu öncəki ayla müqayisədə 3.2% az, ötən ilin sentyabrı ilə müqayisədə isə 24.5% azdır.

İlin ilk üç rübündə ARDNF banklara 3 mlrd. 819 mln. dollar satıb. Bu illik müqayisədə 489 mln. dollar, yaxud 11% azalmadır.

Dünya birjalarında ABŞ dolları bahalaşmaqla son on ilin ən baha bir dövrünə girib. Avro, yapon yeni, ingiltərə funt-sterlinqi, kanada dolları, icveçrə frankı və isveç kronu kimi valyuta səbətlərinə qarşı dolların indeksi (DXY) cari ildə 20% dəyər qazanaraq 115 səviyyəsinə çıxıb.

543534543

Təqdim edilmiş cədvəldə göründüyü kimi 2021-ci ilin sentyabrından başlayaraq bankların nağd ABŞ dollarına tələbi yüksəlmişdi. Həmin dönəmdə qonşu ölkələrin valyutaları – əsasən rubl və türk lirəsi kəskin ucuzlaşırdı və bu manata yanvar ayına qədər təzyiq kimi qalmışdı. Neft qiymətlərinin yüksəlməsi ardından 2022-ci ilin yayına qədər dollara tələbi azaltmağa başladı.

Bununla belə, Azərbaycanda profisitli tədiyyə balansı və əsas ixrac etdiyi neftin 80-100 dollar/barrel aralığında dəyişməsi milli valyutaya olan təziyqləri azaldır.

Bunun nəticəsi kimi onu da qeyd edə bilərik ki, cari ilin dördüncü ayından sonra ölkədə əksinə, əhali nağd dolları milli valyuta ilə konvertasiya etməyə daha çox meylli olub. Son dörd ayda — aprel-avuqst aralığında banklar əhalidən 1 mlrd. 038 mln. dollar aldıqları halda, onlara cəmi 822 mln. dollar satıblar. Nəticədə, 215 mln. dollar əhalidən banklara doğru dollar axını olub. Ətraflı oxu.

Son xəbərlər
Digər xəbərlər