12 C
Baku
Thursday, March 28, 2024

AREA-ya yeni direktor müavini təyin olunub

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsinə yeni təyinat olub.

Agentlikdən verilən məlumata görə, energetika nazirinin 9 dekabr 2022-ci il tarixli əmri ilə Aygün Zeynalova Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib. Bundan əvvəl Aygün Zeynalova AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib.

Aygün Aftandil qızı Zeynalova Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Strasburq Universitetində (Fransa) Avropa Hüququ və Beynəlxalq Hüquq ixtisası üzrə magistr dərəcəsi alıb. Avropa İttifaqının tam təqaüdü ilə Belçika Krallığının Avropa Kollecində Avropa hüququ üzrə magistr təhsili alıb. Hazırda London Kral Kollecində Beynəlxalq maliyyə və kommersiya hüququ üzrə magistr proqramında təhsilini davam etdirir.

Əmək fəaliyyətinə 2012-ci ildə Lüksemburq Hersoqluğunda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsində hüquqşünas olaraq başlayıb. Fəaliyyətini özəl sektorda korporativ hüquqşünas və baş hüquqşünas olaraq davam etdirib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində və digər qurumlarda məsul vəzifələrdə çalışıb.

2014-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. İngilis, fransız, türk, rus, holland dillərini bilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər